Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani ilə görüşdə söhbəti - Tehran, 10 iyun 2000-ci il


Rəfsəncani: Xoş gəlmisiniz, cənab Prezident! İrana gəlişinizdən son dərəcə məmnunam. EKO-nun VI zirvə görüşündə Sizin nitqinizi böyük diqqətlə dinlədim. Əmin olduğumu bildirirəm ki, bu zirvə görüşü iştirakçı ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Sizin Azərbaycan - İran əməkdaşlığının inkişaf etdirilməsində göstərdiyiniz səylər məmnunluq doğurur. Sizin rəhbərliyiniz ilə Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu sahəsində görülən işləri böyük maraqla izləyirik.

Heydər Əliyev: Cənab sədr! Sizin göstərdiyiniz qonaqpərvərlikdən və EKO-nun VI zirvə görüşünün təşkilindən razıyam. EKO-nun fəaliyyətini və onun beynəlxalq təşkilatlarla, maliyyə qurumları ilə yaratdığı əlaqələri yüksək dəyərləndirirəm. Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında islahatlar uğurla həyata keçirilir, hüquqi dövlət quruculuğu, cəmiyyətin demokratikləşdirilməsi sahəsində işlər görülür. Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu illə aradan qaldırımasında ATƏT-in səylərinə Azərbaycan böyük ümidlər bəsləyir.

Dost və qonşu İran bölgədə təhlükəsizliyin təmin edilməsinə daha həssaslıqla yanaşacaqdır. Cənab Rəfsəncani, əminəm ki, yeddi ildən bəri çadırlarda ağır şəraitdə yasayan qaçqınlara İran dövləti bundan sonra da kömək göstərəcək. Sizin uzaqgörən siyasətiniz sayəsində Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə əminəm. Həm də əminəm ki, Azərbaycan-İran əlaqələrinin daha da genişləndirilməsi bölgədə vəziyyətin sabitləşməsinə kömək edəcəkdir.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya