Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Serbiya və Çernoqoriya İttifaqının prezidenti zati-aliləri cənab Maroviçə məktubu - 12 mart 2003-cü il


Hörmətli cənab prezident!

Serbiya və Çernoqoriya İttifaqının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Serbiya və Çernoqoriya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 13 mart 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa