Türkiyə Respublikasının prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 9 yanvar 2003-cü il


Hörmətli cənab prezident!

"Türk Hava Yolları" aviasiya şirkətinə məxsus sərnişin təyyarəsinin Diyarbəkirdə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 10 yanvar 2003-cü il.