Çexiya Respublikasının prezidenti zati-aliləri cənab Vatslav Havelə - Bakı şəhəri, 20 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Çexiya Respublikasının Milli bayramı - İstiqlaliyyət elan edilməsi günü münasibətilə sizi və dost çex xalqını salamlayır və ürəkdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk və əminəm ki, qarşılıqlı əlaqələrimiz getdikcə genişlənərək xalqlarımızın rifahına, sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Cənab prezident, bayram münasibətilə sizə bir daha cansağlığı və səadət, Çexiyanın bütün vətəndaşlarına sülh və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 24 oktyabr 2000-ci il.

Tarixi arayış