Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana məktubu - Bakı şəhəri, 1 may 2003-cü il


Hörmətli cənab baş nazir!

Ölkənizin cənub-şərqindəki Bingöl bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 may 2003-cü il.