Aleksandr Dzasoxov, Şimalı Osetiya-Alaniya Prezidenti (1998-2005)


Bu gün bütün Qafqaz xalqlarının böyük dostu Heydər Əliyeviçin andiçmə mərasimi günüdür. Deyirlər ki, axar sudan iki dəfə keçmək mümkün deyildir. Amma o, iki dəfə keçdi. Biz xoşbəxtik ki, Azərbaycan xalqının belə lideri var. Siyasətçilər arasında münasibətlər adi insanlara xas münasibətlərdən deyildir. Güclü, cəsur Heydər Əliyeviçi insani səviyyədə incitdilər, amma o, antik qəhrəman kimi doğma torpağına gəldi, əlini ona basdı, qüvvət topladı və öz xalqına başçılıq etdi.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.124.

* * *

Heydər Əlirza oğlu Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin sosial-iqtisadi və mədəni həyatına, həqiqətən, tarixi töhfə vermişdir. Rusiyanın və Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı münasibətlərinin yeni tarixi şəraitdə bərpasında onun rolunu, bütün Rusiyada olduğu kimi, Osetiya-Alaniyada da yüksək qiymətləndirirlər. Ən məsul qərarların qəbulu zamanı onun ölçülüb-biçilmiş mövqeyi Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşməsinə kömək edirdi.

https://azertag.az/xeber/