Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İranın Kooperasiya naziri, İqtisadi, Ticarət və Mədəni Əlaqələr üzrə İran - Azərbaycan dövlətlərarası müştərək komissiyasının həmsədri Morteza Hacı ilə görüşdə söhbəti - 9 iyun 2000-ci il, Tehran, Mehrabad hava limanı


Morteza Haci: Cənab Prezident, ölkəmizə xoş gəlmisiniz! Sizi görməyimizdən çox şadıq və özümüzə gözaydınlığı veririk.

 Heydər Əliyev: Sağ olun, Təşəkkür edirəm. Mən də çox məmnunam. Gəlmişəm və sizinlə yenidən görüşürük.

Morteza Haci: Allaha çox sükür! Səfəriniz rahat keçəcəkdir.

 Heydər Əliyev: Burada rahatdır. Elə bir narahatlıq yoxdur.

Morteza Haci: İnşallah, burada olduğunuz vaxt Sizin üçün rahat, xatirəli və yaddaqalan olacaqdır.

Heydər Əliyev: İnşallah, mən də belə düşünürəm.

Morteza Haci: Arzu edirəm ki, burada daha çox qalasınız. Sizinlə bir yerdə olmaq çox şərəflidir.

 Heydər Əliyev: Mən sonra İrana rəsmi səfərə gələcəyəm, burada çox qalacağam.

Morteza Haci: Biz bu səfəri çoxdan gözləyirik. İrana səfərinizin böyük əhəmiyyəti vardır.

 Heydər Əliyev: Elə mən də çoxdan gözləyirdim.

Morteza Haci: Mənə belə söyləyirlər ki, Siz İrana sentyabrda rəsmi səfərə gələcəksiniz.

 Heydər Əliyev: Bəli.

Morteza Haci: Cənab Prezident, Sizə bir daha «xoş gəlmisiniz!» deyirəm.

 Heydər Əliyev: Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya