Ukraynanın prezidenti Zati-Aliləri cənab Leonid Kuçmaya – Bakı şəhəri, 22 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Ukrayna xalqını məmnuniyyətlə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar, ölkənizin bütün vətəndaşlarına sülh, səadət və tərəqqi arzulayıram.

Mən Azərbaycanla Ukraynanın yaxın dostluq əlaqələrinin və hərtərəfli əməkdaşlığının dönmədən inkişaf etməsini yüksək qiymətləndirirəm. Xüsusi qeyd etmək istəyirəm ki, aramızda yaranmış şəxsi dostluq və qardaşlıq, etimad ölkələrimizin strateji tərəfdaşlığının genişlənməsinə, iqtisadi və siyasi əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edir.

İnanıram ki, Sizin dərindən düşünülmüş uzaqgörən siyasətiniz sayəsində suveren Ukraynanın həyatının bütün sahələri hərtərəfli inkişaf edəcək və çiçəklənəcəkdir.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 23 avqust 2000-ci il.