Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Olusequn Obasancoya - Bakı şəhəri, 6 may 2002-ci il


Hörmətli cənab prezident!

Kano şəhəri üzərində təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Nigeriya xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 may 2002-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış