Əlahəzrət!
Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, əlaqələrin mütəmadi inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Səudiyyə Ərəbistanı xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
"Azərbaycan" qəzeti, 23 sentyabr 2003-cü il.