Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qana Respublikasının Prezidenti zati-aliləri cənab Cerri Con Rolinqsə təbriki - Bakı şəhəri, 26 fevral 2001-ci il


Hörmətli cənab Prezident!

Qana Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Qana xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Qana Res-publikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış