22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik - Bakı şəhəri, 21 iyul 1997-ci il


Hörmətli mətbuat işçiləri!

Sizi Milli Mətbuat Günü münasibətilə səmimi - qəlbdən təbrik edirəm.

Azərbaycan mətbuatı çox zəngin və şərəfli inkişaf yolu keçmiş, xalqımızın həyatının bütün sahələrini, istək və arzularını daim öz səhifələrində əks etdirmiş, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasına və inkişafına güclu təkan vermişdir.

Hazırda müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan dövlətinin ictimai-siyasi həyatının butun sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm prinsipləri dövlətin mətbuat-informasiya siyasətinin əsasını təşkil edir.

Jurnalist əməyi qeyri-adi, böyük zəhmət, xüsusi səy tələb edən əməkdir. Dövlət onların əməyini qiymətləndirir, bu sahədə mövcud olan problemləri həll etmək üçün əlindən gələn hər şeyi edir və bundan sonra da edəcəkdir.

Bu gün Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Hazırda bütün respublika ərazisini əhatə edən yüzlərlə kütləvi informasiya şəbəkəsi, teleradio şirkətləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir, jurnalistika elmi sürətlə inkişaf edir.

Bu əlamətdar gündə əmin olmaq istədiyimi bildirirəm ki, Azərbaycan jurnalistləri respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, geniş təhlil edilməsində obyektivlik, yuksək professionallıq, prinsipiallıq, əsl vətəndaşlıq və dövlətcilik mövqeyi nümayiş etdirəcəklər.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış