Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti zati-aliləri cənab Morits Loyenbergerə təbriki - Bakı şəhəri, 30 iyul 2001-ci il


Hörmətli cənab Prezident!

İsveçrə Konfederasiyasının milli bayramı – Konfederasiyasının yaradılması günü münasibətilə Sizi və dost İsveçrə xalqını səmimi- qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə İsveçrə arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa