Almaniya Federativ Respublikasının Prezidenti cənab Rixard fon Vayszekkerə - 1 oktyabr 1993-cü il


Hörmətli cənab Prezident!

Sizi və dost alman xalqını milli bayram - Almaniyanın Birləşmə günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Bu əlamətdar gündə Sizə və hər bir alman ailəsinə sülh, səadət və tərəqqi arzulayıram.

Mən ölkələrimiz arasındakı dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, dövlətlərimiz arasındakı hərtərəfli və qarşılıqlı faydalı münasibətlər bundan sonra da genişlənəcək və xalqlarımızın gələcək inkişafına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək bir daha dərin hörmətimi Sizə çatdırıram.

Heydər Əliyev,
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən,
Azərbaycan Respublikası Ali Sovetinin sədri.