Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveç krallığının Baş naziri zati-aliləri cənab Yens Stoltenberqə təbriki - Bakı şəhəri, 15 may 2000-ci il


Hörmətli cənab Baş nazir!

Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və dost Noveç xalqını ürəkdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndirirəm. Əminim ki, xalqlarımızın mənafeyi naminə biz bu əlaqələrin genişlənməsinə nail olacağıq.

Cənab Baş nazir, sizə cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa