Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Latviya Respublikasının Prezidenti zati-aliləri xanım Vayra Vike-Freyberqaya təbriki - Bakı şəhəri, 5 noyabr 2001-ci il


Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və dost Latviya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında uzun illərdən bəri təşəkkül tapmış möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti .

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa