"İkinci Beynəlxalq "Xəzərneftqaz-95" Sərgi-Konfransının açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı (Bakı İdman-Sərgi Kompleksi, 23 may 1995-ci il)" sənədinə tarixi arayış


1994-cu il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının müştərək istifadə edilməsi üçün Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkətləri arasında “Əsrin müqaviləsi” adı ilə müasir tarixə daxil olan müqavilə imzalanıb və 23 may 1995-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirilən “Xəzərneftqaz-95” sərgisi bu müqavilənin əməli surətdə həyata keçirilməsinin sübutudur.

Sərgidə 13 ölkəni təmsil edən, dünyanın neft və qaz sənayesi ilə əlaqədar olan 165-dən artıq nüfuzlu şirkət, elmi idarələr və başqa təşkilatlar iştirak edib. Sərginin açılışında təkcə neft şirkətlərinin prezidentləri, rəhbərləri deyil, həmçinin bu şirkətlərin təmsil etdiyi ölkələrin dövlət nümayəndələri də iştirak ediblər.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.54