Türkiyə Respublikasının baş naziri zati-aliləri cənab Abdullah Gülə - Bakı şəhəri, 18 noyabr 2002-ci il


Hörmətli cənab baş nazir!

Türkiyə Respublikasının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, bu yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafeyi naminə daim genişlənəcək və hərtərəfli inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 noyabr 2002-ci il.