Belarus Respublikasının Prezidenti zati-aliləri Aleksandr Lukaşenko cənablarına - 14 iyul 1994-cü il


Hörmətli cənab prezident!

Sizi Belarus Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, sizə və bütün Belarus xalqına xoşbəxtlik, uğurlar və tərəqqi arzulayıram.

Fürsətdən istifadə edərək, əmin olduğumu bildirirəm ki, Azərbaycan-Belarus əməkdaşlığı bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.