Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının prezidenti, zati-aliləri cənab Süleyman Dəmirələ başsağlığı məktubu - Bakı şəhəri, 28 iyun 1998-ci il


Əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Türkiyənin Adana bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərindən çox kədərləndim. Bu faciəli anlarda sizinlə olduğumu, dərdinizə şərik çıxdığımı bildirirəm.

Sizə, bütün qardaş türk xalqına, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.