Danimarka Krallığının Baş naziri zati-aliləri cənab Pol Nirup Rasmussenə - Bakı şəhəri, 14 aprel 2000-ci il


Hörmətli cənab Baş nazir!

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüdü günü münasibətilə sizi və dost Danimarka xalqını ürəkdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı səylərlə biz ölkələrimizin dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə genişlənməsinə nail olacağıq.

Cənab Baş nazir, Sizə cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa