Hörmətli cənab vitse-prezident!
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq vı əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.