Belçika krallığının baş naziri zati-aliləri cənab Gi Verhofstadta - Bakı şəhəri, 15 iyul 2003-cü il


Hörmətli cənab baş nazir!

Belçika krallığının milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 iyul 2003-cü il.