Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı cənab Hüseyn Kıvrıkoğluna – Bakı şəhəri, 30 avqust 2000-ci il


Hörmətli cənab Hüseyn Kıvrıkoğlu!

Azərbaycan Respublikasının keçmiş prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatı münasibətilə göndərdiyiniz başsağlığı məktubunuzla əlaqədar olaraq Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti  
“Azərbaycan” qəzeti,  31 avqust 2000-сi il