İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı məmləkətinin kralı əlahəzrət Fəhd bin Əbdüləziz al Səuda - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Əlahəzrət!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində ölkənizin iştirakına böyük əhəmiyyət verirəm.

Ümidvaram ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarına dair layihələrimiz bundan sonra da müvəffəqiyyətlə həyata keçiriləcəkdir.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeləri naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir, dost Səudiyyə Ərəbistanının xalqına ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.