Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 18 may 2000-ci il


Hörmətli cənab prezident!

“Qalatasaray” futbol klubunun UEFA kuboku uğrunda yarışlarda parlaq qələbəsi məni ürəkdən sevindirdi. 

Bu qələbə münasibətilə Sizi və qardaş türk xalqını təbrik edir, sevincinizə qoşulur, “Qalatasaray” futbolçularına yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,  

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 20 may  2000-ci il