Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Hikmət Çetinə təbriki - Bakı şəhəri, 18 oktyabr 1997-ci il


Zati-aliləri!

Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri seçilməyiniz münasibətilə Sizə səmimi qəlbdən təbriklərimi yetirirəm.

Mən iki ölkə arasında mövcud olan dərin köklü siyasi, iqtisadi, mədəni və tarixi əlaqələrin daha geniş inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri daha da genişlənib, xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə və Türkiyə Respublikasının Böyük Millət Məclisinə ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti