Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Tszyan Tszeminə təbriki - Bakı şəhəri, 25 sentyabr 2001-ci il


Hörmətli cənab sədr!

Çin Xalq Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Çin xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ardıcıl olaraq genişlənən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Çin xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya