Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri Yohannes Rauya - Bakı şəhəri, 16 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Ölkənizdə baş vermiş təbii fəlakətin doğurduğu insan tələfatı və dağıntılar barədə xəbər məni ürəkdən kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzu edirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 avqust 2002-ci il.