Türkiyə Respublikasının Prezidenti zati-aliləri Süleyman Dəmirəl cənablarına - Bakı şəhəri, 5 aprel 1997-ci il


Möhtərəm cənab prezident, Türkiyə xalqına üz vermiş ağır itki - Türkiyənin görkəmli siyasi xadimi Alparslan Türkeşin vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Zati-aliləri, Sizə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.

Mənim başsağlığımı Alparslan Türkeşin ailə üzvlərinə və yaxın adamlarına çatdırmağınızı xahiş edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.