Hörmətli xanım Prezident!
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Finlandiya xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Finlandiya arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.