Uruqvay Şərq Respublikasının prezidenti Zati-aliləri cənab Xorxe Luis Batlye İbanyesə - Bakı şəhəri, 22 avqust 2000-ci il


Hörmətli cənab prezident!

Uruqvay Şərq Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Uruqvay xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi hər iki xalqın rifahına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 avqust 2000-ci il.

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT