Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni dərs ilinin başlanması münasibətilə 6 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə nitqi (1 sentyabr 2001-ci il) sənədinə tarixi arayış


Xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Heydər Əliyevin qarşısında duran əsas vəzifələrdən biri milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin yenidən qurulması idi.

1998-ci ilin martında “Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalandı və bunun ardınca “Təhsil sahəsində İslahatlar Proqramı” qəbul edildi. Azərbaycan Respublikasının orta təhsil sistemində ən ciddi problemlərdən biri, təbii ki, məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” yeni fərman imzalayıb. Fərman təhsil sisteminin əsaslı şəkildə təkmilləşdirilməsinə, idarəetmənin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sisteminə inteqrasiyasına zəmin yaradıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.191