Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə - Bakı şəhəri, 19 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Tarsus şəhəri yaxınlığında avtomobil qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 avqust 2002-ci il.