"Azərbaycan Prezidenti Heydər Əliyevin "Azərreyl" voleybol klubunun üzvləri ilə görüşdə nitqi (14 mart 2002-ci il)" sənədinə tarixi arayış


Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir. Ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf edib.

Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi. Bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoyurdu.

2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırıb. Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və “Azərreyl” voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə “Azərreyl” Voleybol Klubu Avropa “Top Komandalar” kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.204