Azərbaycan Prezidenti Heydər Əliyevin Arlinqton Fəxri Xiyabanında naməlum əsgərin qəbrini ziyarət etdikdən və qəbiristandakı muzeyə xatirə hədiyyəsi - Azərbaycan xəncəri təqdim etdikdən sonra deyilmiş ürək sözləri - Vaşinqton, Arlinqton qəbiristanı, 31 iyul 1997-ci il
Bu, Azərbaycan xəncəridir. Keçmişdə azərbaycanlı döyüşçülər bu xəncərdən istifadə ediblər və o, tarixi bir silahdır.
Bu, həm də xalqımızın milli incəsənət əsəridir. Mən bu xəncəri Arlinqton qəbiristanı muzeyinə hədiyyə verirəm.
… Mən Arlinqton qəbiristanını ziyarət etməyimdən məmnun qaldım və mənə göstərilən diqqətə görə kompleksin rəhbərliyinə təşəkkür edirəm.