Heydər Əliyev və Fransa Prezidenti Fransua Mitteran hələ Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olarkən tanış olublar. Heydər Əliyevin Azərbaycan Prezidenti seçildikdən sonra, xaricə ilk rəsmi səfəri 19-22 dekabr 1993-cü ildə Fransaya olub.
Səfər zamanı Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteran, xarici işlər naziri Alen Jüppe, parlament rəhbərliyi, ölkənin sənaye - biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirib. Mitteran və Heydər Əliyev Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Heydər Əliyev Parisdə olduğu zaman ATƏM - in əsas sənədlərindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan “Paris Xartiyası”nı da imzalayıb.