Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi-Rəfsəncani ilə görüşdəki söhbətindən - Tehran,11 dekabr 1997-ci il


Haşimi-Rəfsəncani: Hörmətli cənab prezident Heydər Əliyev, Sizi səmimiyyətlə salamlayıram və İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Tehran zirvə görüşündə istirak etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Nəzərə çatdırıram ki, İran İslam Respublikası Azərbaycanla əlaqələri daha da sıxlaşdırmağa xüsusi maraq göstərir. Mən prezident Heydər Əliyevin 1994-cü ıldə Tehrana rəsmi səfərini, aparılan danışıqları, imzalanan böyük əhəmiyyətli sənədləri məmnunluqla xatırladığımı vurğulayıram.

Heydər Əliyev: Ağayi Haşimi-Rəfsəncani, səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm. İslam Konfransı Təşkilatının VIII zirvə görüşünün yüksək səviyyədə keçməsindən razılıq edirəm. İranın ali dini rəhbəri Ayətüllah Xamneinin və prezident Ağayi Xatəminin çıxışlarını maraqla dinlədiyimi vurğulayıram. Nəzərə çarpdırıram ki, İranla əməkdaşlığın durmadan inkişaf etdirilməsinə Azərbaycan da böyük diqqət yetirir. Ayaği Haşimi- Rəfsəncaninin Azərbaycana rəsmi səfərindən məmnunluqla söhbət açıram və ölkələrimiz arasında münasibətlərin gündən-günə yaxşılaşdırılmasının vacib olduğunu vurğulayıram.

Haşimi-Rəfsəncani: İran üçün Azərbaycandan yaxın ölkə yoxdur, ona görə də biz bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin inkışaf etdirilməsınə xüsusi fikir verməliyik.

Heydər Əliyev: Mən Azərbaycan ilə İran arasında münasibətlərin həmişə səmimi olmasının zəruriliyini nəzərə çarpdırıram. Ölkələrimizin iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış müştərək komissiyaların fəaliyyətini daha da canlandırmağın vacib olduğunu bildirirəm.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya