Hörmətli cənab prezident!
Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizi və bütün Argentina xalqını təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Argentina arasında yaranmış dostluq münasibətləri xalqlarımızın yaxınlaşması və faydalı əməkdaşlığı üçün əlverişli zəmin olacaqdır.
Sizə möhkəm cansağlığı, uğurlar, dost Argentina ölkəsinə sabitlik və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 25 may 2002-ci il.