Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Ömər İzgiyə - Bakı şəhəri, 26 oktyabr 2002-ci il


Hörmətli cənab sədr!

Türkiyə Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin üzvlərini səmimi qəlbdən təbrik edirəm.

Qardaş Türkiyənin demokratik, hüquqi, dunyəvi cəmiyyət quruculuğu yolunda uğurlarından, beynəlxalq aləmdə rolunun artmasından qürur duyuruq.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 2002-ci il.