Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə təbriki - Bakı şəhəri, 27 avqust 2000-ci il


Hörmətli cənab Prezident!

“Qalatasaray” futbol klubunun UEFA superkuboku uğrunda yarışda parlaq qələbəsi məni ürəkdən sevindirdi.

Bu qələbə münasibətilə Sizi və qardaş türk xalqını təbrik edir, sevincinizə qoşulur, “Qalatasaray” futbolçularına yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti