Hörmətli cənab Prezident!
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - Əlcəzair İnqilab günü münasibətilə Sizi və dost Əlcəzair xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.