Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin H.Rəsulbəyov adına Rabitə Kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış qaçqınlarla görüşündə çıxışı (16 sentyabr 1996-cı il) sənədinə tarixi arayış


Heydər Əliyev qaçqın və məcburi köçkünlərin üzləşdiyi acınacaqlı problemin aradan qaldırılmasına çox həssaslıqla yanaşırdı. Xarici ölkələrin liderləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərdə bu problemləri onların diqqətinə çatdırır, Bakıya rəsmi səfər edən bir çox ölkələrin dövlət rəhbərlərinin səfər proqramına məcburi köçkünlərlə görüşlər salınırdı.

Belə görüşlərdən biri də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı baş tutub. 16-17 sentyabr 1996-cı il tarixdə Azərbaycana rəsmi səfər edən Qazaxıstan Prezidenti Heydər Əliyevlə tərəfləri maraqlandıran bir sıra məsələləri müzakirə edib. Səfər dövründə mühüm dövlətlərarası sənədlər, o cümlədən, iki dövlət arasında münasibətlərinin prinsipləri barədə müqavilə, Qazaxıstan və Azərbaycan prezidentlərinin Xəzər dənizinə dair birgə bəyanatı imzalanıb.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.79