Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Britaniya Krallığının Baş naziri zati-aliləri Toni Bleyr cənablarına məktubu - Bakı şəhəri, 19 avqust 1997-ci il


Hörmətli cənab baş nazir!

Məktubunuzu məmnuniyyətlə oxudum. Sizin Britaniya Krallığı ilə Azərbaycan arasında mövcud olan əlaqələri inkişaf etdirmək arzunuzu alqışlayıram. Biz öz tərəfimizdən bu əlaqələrə böyük əhəmiyyət veririk və onları hərtərəfli inkişaf etdirməyə daim çalışırıq.

Qeyd etdiyiniz kimi, mən “Britiş Petroleum”, “Monument Oyl ənd Qəz”, “Ramko”, “Sell İnternəşnl” şirkətlərinin Azərbaycanda çalışmaları üçün xeyli dəstək vermişəm. Gələcəkdə də bu və digər Britaniya şirkətlərinə əlimdən gələn dəstəyi əsirgəməyəcəyəm. Ümidvaram ki, neft, qaz və iqtisadiyyatın başqa sahələrində əməkdaşlığımız daim inkişaf edəcəkdir.

Bununla yanaşı, siyasi və beynəlmiləl məsələlər barəsində əməkdaşlığımızı gücləndirilməsinə böyük ehtiyac vardır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır, torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün Böyük Britaniya da ATƏT-in Minsk konfransının həmsədrləri - ABS, Rusiya və Fransa ilə yanaşı, aktiv fəaliyyət göstərib müsbət rol oynaya bilərdi. Bizim üçün çox mühüm olan bu problemə xüsusi diqqət verməyinizi Sizdən xahiş edirəm. Fürsətdən istifadə edərək Sizi Azərbaycan Respublikasına rəsmi səfər etməyə dəvət edirəm.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa