BMT Baş Məclisinin 49-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı (Nyu-York, 29 sentyabr 1994-cü il) sənədinə tarixi arayış


Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu BMT-nin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanmasında əvəzsiz rol oynadığını qəbul edir. Azərbaycan Respublikasının BMT-yə göstərdiyi maraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məhdudlaşmır. Azərbaycan Respublikası BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində BMT ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin BMT və digər qurumlar çərçivəsində terrorçuluğa qarşı mübarizəsinə töhfə verməkdədir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi bu qətnamələrdə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib. Heydər Əliyev 1994, 1995, 1996-cı və 2000-ci illərdə BMT Baş Assambleyasınin sessiyalarında çıxış edib. 2008-ci il martın 14-də BMT-nin Baş Məclisi geniş iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə qətnaməni qəbul edib. Sənəddə erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün zəbt edilmiş
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması zərurəti qeyd edilib.
Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib.