İndoneziya Respublikasının prezidenti Zati-Aliləri cənab Əbdürrəhman Vahidə - Bakı şəhəri, 17 avqust 2000-ci il


Hörmətli cənab prezident!

İndoneziya Respublikasının milli bayramı – müstəqilliyin elan edilməsi günü ilə əlaqədar olaraq Sizə, ölkənizin hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, sülh, səadət və əmin-amanlıq arzulayıram.

Ümidvar olduğumu bildirirəm ki, Azərbaycan Respublikası ilə İndoneziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dost xalqlarımızın rifahının yüksəlməsinə, ölkələrimizin ardıcıl tərəqqisinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 18 avqust 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış