Türkiyə Respublikasının baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana - Bakı şəhəri, 15 mart 2003-cü il


Hörmətli cənab baş nazir!

Türkiyə Respublikasının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər xalqlarımızın dərin tarixi kökləri olan, əsrlərin sınağından çıxmış dostluğundan, qarşılıqlı etibarından və etimadından qaynaqlanır.

Əminəm ki, yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimizin əməkdaşlığı bütün sahələrdə inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün, sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan"qəzeti, 16 mart 2003-cü il.