Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il dekabrın 9-11-də Tehranda keçirilən VIII Zirvə görüşündə iştirak edib.
Heydər Əliyevin fəaliyyəti İKT-nin həm təşkilat, həm də üzv dövlətləri səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə mövqeyinin birmənalı şəkildə müəyyənləşməsində mühüm rol oynayıb və İKT-nin bu münaqişəyə münasibətini tam formalaşdırıb.
VIII İKT Sammitinin Yekun qətnaməsinin 8-ci bəndində Azərbaycanla bağlı qətnamə “Ermənistan və Azərbaycan arasında münaqişə” yox, artıq “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü haqqında” adlandırılıb.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.109