Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Keniya Respublikasının Prezidenti zati-aliləri cənab Daniel arap Moiyə təbriki - Bakı şəhəri, 5 dekabr 2001-ci il


Hörmətli cənab Prezident!

Keniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Keniya xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Az.rbaycan ilə Keniya arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış