Hörmətli Hüseyn İbrahimov!
Sizi anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və üzün ömür arzulayıram.
Qırx illik yaradıcılığınızın bəhrəsi olan ədəbi əsərləriniz oxucularınızın ideya-mənəvi tərbiyəsində böyük əhəmiyyət kəsb etmiş, gənclərə saf duyğular, bəşəri hisslər aşılamış, müdrik ziyalı mövqeyiniz Sizə hörmət gətirmişdir.
Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir və ədəbi yaradıcılığınızda yeni-yeni uğurlar diləyirəm.